29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

İtaliya millisinin heyəti açıqlandı

İtaliya milli komandasının heyəti açıqlanıb. Futbolxeber.az-ın məlumatına görə, Avro-2016-nın seçmə mərhələsində yığmamızla eyni qrupda yer alan “Skuadra Adzurra”nın ilkin heyətinə 2 debütant dəvət alıb. Bunlar “Volfsburq”un yarımmüdafiəçisi Daniel Kalidjuri və “Sassuolo”nun hücumçusu Nikola Sansonedir.

Antonio Konte iyunun 12-də Xorvatiyaya qarşı keçiriləcək seçmə mərhələ oyunu və iyunun 16-da Portuqaliyaya qarşı baş tutacaq yoxlama görüşü üçün aşağıdakı futbolçulara dəvət göndərib:  

Qapıçılar: Salvatore Siriqu (PSJ), Federiko Marketti (“Latsio”), Daniele Padelli (“Torino”).

Müdafiəçilər: Andrea Ranokkiya (“İnter”), Davide Astori (“Roma”),  Françesko Açerbi (“Sassuolo”), Emilyano Moretti, Matteo Darmian (hər ikisi “Torino”), Luka Rossettini (“Kalyari”), Mattia de Şilyo (“Milan”), Lorenso de Silvestri (“Sampdoriya”), Manuel Paskual (“Fiorentina”), Domeniko Krişito (“Zenit”).

Yarımmüdafiəçilər: Daniele de Rossi,  Alessandro Florentsi (hər ikisi “Roma”), Mirko Valdifiori (“Empoli”), Marko Verratti (PSJ), Marko Parolo (“Latsio”), Andrea Bertolaççi (“Cenoa”), Emanuele Cakkerini (“Sanderlend”), Roberto Soriano (“Sampdoriya”), Daniel Kalidjuri (“Volfsburq”), Andrea Poli, Cakomo Bonaventura (hər ikisi “Milan”).

Hücumçular: Antonio Kandreva (“Latsio”), Manolo Qabbiadini, Lorense İnsinye (hər ikisi “Napoli”), Qratsiano Pelle (“Sautgempton”), Çiro İmmobile (“Borussiya”, Dortmund), Simone Zaza, Nikola Sansone (hər ikisi “Sassuolo”), Stefano Əl-Şəravi (“Milan”), Franko Vaskes (“Palermo”),  Alberto Paloski (“Kyevo”).

Qeyd edək ki, Çempionlar Liqasının finalında meydana çıxacaq “Yuventus”dan heç bir futbolçu ilkin heyətdə yer almayıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31