29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

“Qalatasaray” azarkeşləri “Xəzər Lənkəran”ın keçmiş baş məşqçisini özündən çıxardı

Dünən Superliqa çərçivəsində baş tutan “Qalatasaray” - “Qaziantepspor” (1:0) matçında “sarı-qırmızılı” azarkeşlər “Lig TV”nin şərhçiləri Şansal Büyüka, Mustafa Denizli və Tümer Metinin əleyhinə banner açıblar. Futbolxeber.az-ın məlumatına görə, “Qalatasaray”lı azarkeşlərin etirazı “Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı, 3 İstanbul nəhəngi ilə ölkə çempionu adını qazanan Mustafa Denizlini özündən çıxarıb.

Azarkeşlərin addımına münasibət bildirən Denizli deyib: “O banner mənə çox pis təsir etdi. Mənim futbolda 2 yuvam oldu. Biri “Altay”, digəri də “Qalatasaray”. Biri məni böyük Mustafa, digəri də Mustafa Denizli etdi. Mustafa Denizliyə salam verirsinizsə. bunun səbəbi “Qalatasaray” camiasının mənə duyduğu sevgidir. Məşqçi kimi “Qalatasaray”ın başına keçdiyim ilk ildə mənə həyatımın ən böyük şərəfini bu camia yaşatdı. Baxın, 110 illik “Qalatasaray” tarixində neçə nəfər futboldan gedişini “sarı-qırmızı” formayla qeyd edib?”

Bundan başqa, təcrübəli mütəxəssis son 2 il ərzində hər 3 İstanbul nəhəngindən təklif aldığını vurğulayıb: “Fənərbaxça” rəsmisi Abdullah Kiğılı, “Beşiktaş” başqanı Fikret Orman və “Qalatasaray”ın sabiq prezidenti Ünal Aysal həyatdadı. Onlardan soruşsunlar ki, son 2 ildə mənə baş məşqçilik təklif ediblər, ya yox?”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31