16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Xarici futbol

1 il əvvəl itirdiyimiz Tito Vilanova FOTOLAR

1 il əvvəl, 2014-cü ilin 25 aprelində o, gözlərini əbədi olaraq yumdu. Bu gün “Barselona”nın sabiq baş məşqçisi Tito Vilanovanın ölümünün ildönümdür. Futbolxeber.az bu yazıda mərhum mütəxəssisin ömrünə qısa nəzər yetirəcək.

Tito Vilanova “Barselona”nın yetirməsi olub. Kataloniya klubunun “B” komandasında 52 oyuna çıxıb və 6 qol vurub. Daha sonra digər 7 klubda forma geydikdən sonra 2003-cü ildə məşqçiliyə başlayıb. 

Qismət və iş Vilanovanın Xosep Qvardiola ilə birgə çalışmasına gətirib çıxarıb. Onlar uzun müddət birgə fəaliyyət göstəriblər. Vilanova Pepə əvvəlcə “Barselona”nın ikinci komandasında kömək edib. Daha sona isə onlar əsas komandada çalışıb, birgə xeyli kubok qazanıblar. 

2012-ci ildə Qvardiola “Barselona”dan getmək qərarına gəldi. Bu gediş Titonun baş məşqçi postuna təyinat alması ilə nəticələndi. 

Qvardiolanın rəhbərliyi altında “Barselona”nın qazandığı uğurlarda demək olar ki, hamı Vilanovanın rolunu xüsusi vurğulayırdı. İndi isə o, bütün işlərin öhdəsindən təkbaşına gəlməliydi. 

Leo Messi ilə Vilanova hələ gənclər komandasından birgə çalışıb. Məhz Vilanova argentinalını ilk dəfə mərkəz hücumçusu mövqeyində sınayıb. 

2011-ci ilin yayında Qvardiolaya yardım edən Vilanova El-Klassikoda Joze Mourinyo ilə üz-üzə gəldi. Portuqaliyalı əli ilə Titonun itələdi. Sonradan Mourinyo hərəkətinə görə təəssüfləndiyini bildirdi. Yəqin ki, Joze indi daha çox məyusdur. Amma Vilanova ona qarşı kin saxlamadığını bəyan etmişdi. 

2012-ci ilin oktyabrı. Vilanova “Barsa”nı çalışdırır. Həmin vaxt o, bir il əvvəl müalicə aldığı xərçəng xəstəliyindən yenidən əziyyət çəkəcəyindən xəbərsiz idi. 

2013-cü ilin qışında Vilanova “Barselona”nı Jordi Rouraya etibar edərək Nyu-Yorka, müalicə almağa yollandı. Həmin vaxt Titonu təkcə “Barselona”nın futbolçuları deyil, bütün dünya dəstəkləyirdi. 

2013-cü ilin yazında Vilanova çempion oldu. 

Tito Vilanova və Erik Abidal: biri xəstəliyə qalib gələ bilsə də, digər bunu bacarmadı.

Mövsümün sonunda Tito komandası ilə vidalaşaraq getmək məcburiyyətində qaldı: o, daha məşqçilik edə bilməzdi. 

2013-cü ilin yayında xəstəlik Titodan futbolu....

...2014-cü ilin yazında isə həyatını aldı. 

Titonun cəmi 45 yaşı var idi. 45 il ərzində o, çox şeyə nail oldu. Ən əsası dünyasını dəyişdikdən sonra çoxlarının yaddışında xoş xatirə kimi qalmağı bacardı... 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30