25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Xarici futbol

İsveç klubu Alp dağlarında qəzaya uğrayan təyyarədə uçmağı planlaşdırırdı

İsveçin III divizion klubu “Dalkurd” “Germanwings” aviakompaniya məxsus olan və Barselonadan Dyusseldorfa uçarkən Alp dağlarında qəzaya uğrayan təyyarədə uçmağı planlaşdırırdı. Futbolxeber.az-ın məlumatına görə, 1 həftəlik İspaniyada təlim-məşq toplanışında olan İsveç klubu Stokholma qayıdıb.

“Dalkurd” klubunun direktoru Adil Kızıl deyib: “Biz hamımız qəzaya uğrayan təyyarə ilə uçmağı planlaşdırırdıq. Komandamızın 29 üzvü o təyyarədə oçmalıydı. Maddi cəhətdən də həmin reys sərfəli idi. Lakin bu halda biz Dyusseldorfda 10 saat gözləməli olacağdıq. Buna görə də son anda planlar dəyişdi və biz Münhenə uçduq. 4 təyyarə eyni anda Barselonadan havaya qalxdı. Həmin təyyarələrin hamısı Alp dağlarından keçirdi. Təyyarələrdən üçündə komandamızın üzvləri var idi. Yalnız komandamızın heç bir üzvünün olmadığı həmin təyyarə qəzaya uğradı. Buna görə də bəxtimizin gətirdiyini söyləyə bilərəm. Mənim olduğum təyyarə yerə endikdən sonra gördüm ki, telefonuma 200 zəng gəlib. Dərhal hansısa hadisənin baş verdiyindən şübhələndim. Hadisədən xəbər tutduqdan sonra 40 dəqiq ərzində çox həyəcanlı idim. Nəhayət, 40 dəqiqədən sonra məlum oldu ki, bizim üzvlərimizin yer aldığı təyyarə yox, digər təyyarə qəzaya uğrayıb”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30