28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Ançelotti: “Güclünün qalib gəldiyini demək çətindir”

“İlk 60 dəqiqə ərzində biz yaxşı təsir bağışladıq. Lakin son yarım saatda komanda bir qədər axsadı. Oyun baxımından biz üstün idik. Belə də davam etmək lazımdı”. Futbolxeber.az-ın məlumatına görə, bunu “Real”ın baş məşqçisi Karlo Ançelotti deyib.

“El-klassiko”nu şərh edən italiyalı mütəxəssis turnir cədvəlindəki vəziyyəti də dəyərləndirib: “Hazırda turnir cədvəlində vəziyyətimiz çətinləşib. Amma heç nə itirilməyib. Çempionat davam edir. Biz həm La Liqada, həm də Çempionlar Liqasında mübarizəni sona kimi davam etdirəcəyik”.  

“Güclü tərəf qalib gəldimi” sualını Ançelotti belə cavablandırıb: “Bunu demək çətindir. 1 saat ərzində üstünlük bizim tərəfimizdə idi. “Barselona” isə yalnız son yarım saatda əks-hücumları ilə bizə çətinlik yaradırdı”.

“Real”ın çalışdırıcısı Kriştianu Ronaldo haqda da fikirlərini açıqlayıb: “O, yaxşı oyun keçirdi. Ürəkdən çalışırdı. Qol vurdu, üstəlik bir zərbəsi də tirə tuş gəldi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31