28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Karlos Kardosa: “Sona kimi “Qarabağ”ın arxasınca gedəcəyik, hələ final var” (Müsahibə)

“Neftçi”nin müdafiəçisi Karlos Kardosa “Xəzər Lənkəran”la oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- Oyun haqda nə deyə bilərsən?

- Hamı bilir ki, “Xəzər Lənkəran”la oyunlarımız həmişə çətin olur. “Neftçi” - “Xəzər Lənkəran” qarşıdurması Azərbaycan üçün üçün xüsusi bir oyundur . Çox gərgin, çox çətin oyun alındı. Yekunda 1 xal qazandıq.

- Hakimin idarəçiliyini necə qiymətləndirirsən?

- Deməyə söz tapmıram. Sadəcə oturub, onun etdiklərinə baxmaq lazımdı. Azərbaycanda futbola çox böyük pullar yatırılır. Hər şey ölkə futbolunun inkişafı üçün edilir. Amma bu cür hakimlərlə qabağa getmək olmaz. Adətən oyunu quran da, dağında da futbolçular olur. Bu matçda isə hakim həm oyun qurdu, həm də oyunu dağıtdı. “Neftçi”yə hakim köməyi lazım deyil. Sadəcə, düzgün qərarlar qəbul etsin. 1 həftə məşq edib, oyuna hazırlaşırsan, axırda da hakimin səhvlərinə görə əziyyətin hədər gedir. Bu gün hakimin səhvələri nəticəyə təsir etdi.

- Sarı vərəqə aldığın epizodda meydanı tərk etmək istəyirdin...

- Həmin anda çox pis oldum. Haqlısan, meydandan çıxmaq istəyirdim. Bunun da günahkarı hakimdir. Halbuki orada adi oyun epizodu idi. Hakimin qərarı isə mənə çox pis təsir etdi. Hərdən elə olur ki, insan ani olaraq özündən çıxır. İstəmirdim ki, vəziyyət daha da pisləşsin. Amma məşqçilər dedilər ki qalıb, oyunu davam etdirməliyəm. Mən də onların qərarına hörmətlə yanaşdım.

- Demək olar ki, erkən qırmızı vərəqədən sonra “Neftçi”n oyununu itirdi?

- Məncə, qırmızı vərəqədən sonra biz yox, hakim oyunu itirdi. Oyunçular barədə deməli bir söz yoxdu. Həm “Neftçi”, həm də “Xəzər Lənkəran” meydanda əlindən gələni etdi.

- 2:2 oyunun ədalətli nəticəsidir?

- Mən Allaha inanıram. Allah özü gördü ki, biz nələr çəkirik. Bu, Tanrının bizə bəxşişi idi. Həmçinin bu, Azərbaycanda indiyə qədər qazandığım ən vacib xaldır.

- Oyunun gedişində zədə aldın. Durumun necədir?

- Zədəm ciddi deyil. Bu cür xasərətlər məni qorxuda bilməz. “Xəzər Lənkəran”a qarşı baş tutan Superkubok oyununda da zədə almışdım. Bunu problem hesab etmirəm.

- Son 2 turda “Neftçi” 5 xal itirdi və lider “Qarabağ”la aranızdakı xal fərqi 3-ə çatdı. “Qarabağ”a çatmaq çətin olmayacaq?

- Yox, çətinlik olmayacaq. Mövsüm hələ uzundur. Son kimi onların arxasına kimi gedəcəyik, hələ final var. Nə qədər imkanımız varsa, çempionluq uğrunda vuruşacağıq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31