28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Zaur Əzizov: “Muntyanu səhvlərini etiraf edib” (Müsahibə)

“Qəbələ”nin baş meneceri Zaur Əzizov Futbolxeber.az saytına müsahibə verib.

- Komandanız öz meydanında “Simurq”a uduzdu. Yəqin ki, klub rəhbərliyi bu nəticədən narazıdır?

- Təbii ki. Öz meydanımızda istənilən xal itkisi, xüsususən də məğlubiyyət klub rəhbərliyini heç cür razı sala bilməz. “Simurq”la oyuna da komanda yalnız uğur qazanmaq üçün çıxsa da, meydandan xalsız ayrıldı.

- Uğursuzluğun səbəbini nədə görürsüz?

- Onsuz da indiyə kimin komandadan gözlədiyimiz oyunu görmürük. Düzdür, müəyyən artım var. Amma bu, çempionatda qələbə qazanmağa imkan vermir. Oyunların müəyyən hissələrində, ayrı-ayrı vaxtlarda komanda yaxşı oynayır. Lakin davamlılıq olmadığından qələbə qazana bilmirik.

- Baş məşqçi ilə bu haqda söhbətləriniz olub?

- Əlbəttə. Biz onsuz da baş məşqçi ilə hər gün söhbət edirik. İstənilən uğursuzluqdan sonra rəhbərlik baş məşqçidən hesabat tələb edir.

- Bəs, Muntyanu səbəb kimi nəyi göstərir?

- Əsas səbəb budur ki, yayda heyətə qatdığımız oyunçular özünü göstərə bilmir. Halbuki onların statistikasına, karyerasına baxanda fərqli düşünmək olur. Adicə bir nümunə deyim. Rumıniyadan gələn futbolçularımız bəlkə də bu günə kimi həmin ölkədə Azərbaycana üz tutmuş ən yaxşı karyeraya malik oyunçulardı. Amma göstərdikləri oyun ideala heç yaxın da deyil. Uyğunlaşmanı bəhanə etmək olmaz. Çünki 4-5 tur keçsəydi, belə demək olardı. Lakin 10-dan çox tur keçib artıq.

- Belə başa düşdük ki, baş məşqçidə heç bir günah görmürsüz?

- Klubda müzakirə olunan bütün məsələləri mətbuata çıxarmaq olmur. Elə olub ki, Muntyanu da səhvlərini etiraf edib.

- Komandada qruplaşma olduğu, yeni gələnlərlə əvvəldən klubda olan futbolçuların yola getmədiyi deyilir...

- Belə hal olsaydı, hansısa oyunda özünü açıq şəkildə biruzə verərdi, biz də müəyyən tədbirlər görərdik. Bütün günü komandanın yanındayam və əminliklə deyirəm ki, bu, həqiqəti əks etdirmir. Bəli, keçən il biryerdə oturanlar komandadan getməyiblərsə, yenə də eyni masa arxasında əyləşirlər. Bu da normal haldır. Hər halda siz də çoxdan tanıdığınız jurnalislə daha çox ünsiyyətdə olursuz, nəinki təzə tanıdığınızla.

- “Araz Naxçıvan”ın çempionatdan çıxmasından sonra ən çox zərbə “Qəbələ”yə dəydi. Komandanın son 2 turda qələbəyə həsrət qalmasını bu amillə əlaqələndirmək olar?

- Bu məqam komandaya təsir göstərməməlidir. Əksinə bu, komandanın məsuliyyətini daha da artırmalıdır. Psixoloji baxımdan müəyyən təsirlər ola bilər. Çünki liderlər qrupunda olursan, səhər açılanda isə görürsən ki aşağı yerdəsən. Amma hər bir futbolçu “Qəbələ” klubu ilə peşəkar səviyyədə müqavilə imzalayıb və öhdəliklərini yerinə yetirməlidir. Bu səbəb, bəhanə ola bilməz.

- Qarşıda “Qəbələ”ni 3 çətin oyun gözləyir. Bu qarşılaşmalarda istənilən nəticələr alınmasa, baş məşqçinin istefaya göndərilməsi mümkündür?

- Baş məşqçinin istefaya göndərilməsi haqda qərarı birbaşa klub prezidenti verir. Ancaq indiki məqamda biz istefanı yox, növbəti oyunları düşünürük. Məqsədimiz ciddi şəkildə həmin matçlara hazırlaşıb, uğur qazanmaqdı. Hazırda istefa məsələsi gündəmdə deyil. Amma komanda ardıcıl 4-5 oyunda məğlubiyyət alsa, müəyyən tədbirlər görüləcək.

- “Qəbələ” artıq 4 oyundur ki, qələbə qazana bilmir...

- Məncə, tək “Qəbələ” yox, istilən klub ardıcıl 4-5 oyunda məğlubiyyət alanda, baş məşqçinin isfefası barədə düşünülür. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31