20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

“Qarabağ”ın “evini yıxan” futbolçunu cəzalandırmadılar

Ukrayna Futbol Federasiyasının İntizam Komitəsi “Dnepr”in hücumçusu Nikola Kaliniçi cəzalandırmayıb. Futbolxeber.az-ın məlumatına görə, Kaliniç ölkə çempionatının 12-ci turu çərçivəsində “Şaxtyor”a qarşı baş tutan oyunda rəqib futbolçu Taras Stepanenkoya dirsəyi ilə zərbə endirməkdə günahlandırılırdı. Lakin görüşü idarə edən hakim İntizam Komitəsinə təqdim etdiyi izahatda vurğulayıb ki, həmin epizod hər iki futbolçu eyni anda yerə yıxılarkən baş verib. Bu zaman isə Kaliniç rəqibə qəsdən zərbə endirməyib, sadəcə onun dirsəyi Stepanenkoya toxunub. Bu səbəbdən də “Dnepr”in forvardı cəzadan yan qaçıb.

Xatırladaq ki, Kaliniç Avroliqanın dördüncü turu çərçivəsində Bakıda “Qarabağ”a qarşı keçirilən oyunda vurduğu 2 qolla komandasına qələbə qazandırıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30