29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

FİFA Azərbaycan millisinə qol vuran futbolçuya görə 1,6 milyon avro ödəyəcək

FİFA “Real”a 1,6 milyon avro təzminat ödəyəcək. Futbolxeber.az-ın məlumatına görə, ali futbol qurumu Luka Modriçin zədəsinə görə xərcə düşəcək. Xorvatiya millisinin üzvü Avro-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı baş tutan oyunda xəsarət alıb. FİFA-nın klubların müdafiəsi proqramına əsasən millinin oyunu zamanı zədə alan futbolçuya FİFA tərəfindən təzminat ödənilir. Lakin bu o halda ödənilir ki, futbolçunun müalicə müddəti 28 gün və ya daha artıq müddəti əhatə edir. Modriç isə İtaliya ilə oyunda aldığı zədəyə görə 3 ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, oktyabrın 14-də millimizə qarşı baş tutan oyunda xorvatların beşinci qolunu Modriç vurub. “Real”lı futbolçu 56-cı dəqiqədə penaltidən yığmamızı məyus edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31