20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Xarici futbol

Roberto Mançini: “Nə vaxtsa “İnter”ə qayıdacağımı düşünmürdüm”

Roberto Mançini “İnter”ə qayıdışını şərh edib. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis Milan təmsilçisində yenidən uğur qazanacağına inandığını bildirib: “Yenidən “İnter”li azarkeşlərin sevgisini hiss etmək çox gözəldi. Nə vaxtsa “İnter”ə qayıdacağımı düşünmürdüm. Bu, çox erkən baş verdi. Hazırda komandada yer alan futbolçuları yaxşı tanımıram. Ona görə də bu “İnter”i əvvəlki kollektivlə müqayisə edə bilmərəm. Baş məşqçini adətən nəticələr yaxşı olmayanda dəyişirlər. Lakin bu o demək deyil ki, bütün günahlar baş məşqçidədir. Hesab edirəm ki, Madzarri yaxşı məşqçidir. 10 il əvvəlki nəticələrimizi təkrarlayacağımıza inanıram. Bir qədər inama və bəxtə ehtiyacımız var. “İnter”ə güvənirəm. Əks halda, burda olmazdım. Sehirli çubuğum yoxdur. Ona görə də uğura yalnız gərgin iş rejimi sayəsində nail ola bilərik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30