28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Millimizin baş məşqçi postuna namizəd olan Mançini: “Yeni iş yerim...”

“Qalatasaray”ın sabiq baş məşqçisi Roberto Mançini gələcək fəaliyyəti haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis tezliklə işsiz günlərinin sona çatacağını qeyd edib: “Növbəti mövsümdə məni yenidən iş başında görəcəksiniz. Amma yeni iş yerim bu il də müəyyənləşə bilər. “İnter”? Bu klubda çox gözəl vaxtlarım olub. Birgə çox şeyə nail olmuşuq. Gələcəkdə nə olacağını demək çətindir. Amma “İnter”in yaxşı baş məşqçisi var. Fikrimcə, Sinişa Mihayloviç də bu klubda çalışmağa qadirdi. O, xeyli təcrübə toplayıb”.

Xatırladaq ki, Roberto Mançini Berti Foqtsun gedişindən sonra boş qalan Azərbaycan milli komandasının baş məşqçi postuna da namizəddir. AFFA-nın danışıq apardığı mütəxəssislər arasında Mançinin də adı var.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31