23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Xarici futbol

Marçello Lippi məşqçi karyerasını başa vurdu

Tanınmış italiyalı mütəxəssis Marçello Lippi məşqçi karyerasını başa vurub. Futbolxeber.az-ın məlumatına görə, ardıcıl üçüncü dəfə “Quançjou Everqrand” klubuna Çin çempionu adını qazandıran Lippi deyib: “Mən daha məşqçi kimi çalışmaq istəmirəm. Bunun üçün çox yaşlıyam. Yeni mövsümdə komandanı başqa məşqçi çalışdıracaq”.

Baş məşqçi vəzifəsindən ayrılan Lippi, Çin klubunu tərk etməyəcək. Bundan sonra o, komandada texniki direktor postunu tutacaq.

Qeyd edək ki, buna kimi “Sampdoriya”, “Atalanta”, “Çezena”, “Napoli”, “Yuventus”, “İnter” kimi klublarda, eləcə də İtaliya millisində çalışan Lippi, 5 dəfə İtaliya çempionluğunu, 4 dəfə ölkə Superkubokunu, 1 dəfə İtaliya kubokunu, 1 dəfə Çempionlar Liqasını, 1 dəfə UEFA Kubokunu qazanıb. 2006-cı ildə Lippi İtaliya millisini dünya çempionluğuna daşıyıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30