20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

"Fənərbaxça"nın futbolçusu "Qalatasaray"ın çempionluğunu qəbul edib

 

"Fənərbaxça"nın futbolçusu Mussa Sou Avroliqanın finalından kənarda qalmalarına münasibət bildirib. Futbolxeber.az-ın məlumatına görə, afrikalı forvard qol epizodlarını qaçırmalarından şikayətlənib: "Yenilgiyə görə çox üzgünəm. Amsterdamda meydana çıxmağı çox istəyirdik. Qol vurmaq üçün şanslarımız da oldu. Amma təəssüf ki, yaxaladığımız şansları boşa verdik. Hər kəs əlindən gələnin ən yaxşısını etdik, mübarizə apardıq. Təəssüflər olsun ki, alınmadı".

Seneqallı futbolçu Superliqa haqda da danışıb: "Avroliqa dəftəri bizim üçün artıq bağlanıb. İndi diqqətimizi çempionata yönəltməliyik. Düzünə qalsa, bu saatdan sonra "Qalatasaray"a çatmağımız çox çətindi. Bunu etiraf etmək lazımdı. İndi diqqətimizi ölkə kubokuna yönəltməliyik. Hədəfimiz Türkiyə kubokunu qazanmaqdı. Kuboku alıb, azarkeşlərimizi sevindirmək istəyirik. Onlara ən azından 1 kubok hədiyyə etmək istəyirik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30