25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Xarici futbol

"Fənərbaxça" meydana təzyiq altında çıxmışdlı"

 

Futbolçu karyerası ərzində həm "Benfika"nın, həm də "Fənərbaxça"nın formasını geyən hollandiyalı futbolçu Pyer Van Hoydonk bu iki komanda arasında Avroliqanın 1/2 final mərhələsinin cavab görüşü çərçivəsində baş tutan qarşılaşmanı şərh edib. Futbolxeber.az-ın məlumatına görə, qarşılaşmanı canlı olaraq "Estadio da Luz"dan izləyən Van Hoydonk "Benfika"nın çalışdırıcısı Xorxe Xesusun heyətdə etdiyi radikal dəyişikliyin qələbədə böyük rol oynadığını bildirib: "Oyun ərzində "Benfika" üstün tərəf idi. Bu cür oyunla "Benfika"nın mərhələ adlamaq üçün sərfəli hesabı almaması mümkün deyildi. "Benfika" meydanda möhtəşəm oyun sərgilədi. Həmin gün şanssız olan tərəf "Fənərbaxça" idi. Onlardan fərqli olaraq, Portuqaliya klubu yaxaladığı epizodları qaçırmadı. İlk oyunda qələbə qazanmasına baxmayaraq, "Fənərbaxça" meydana böyük bir təzyiq altında çıxmışdı. Buna görə də Amsterdama bilet sifari edə bilmədilər. O cür təzyiqdən rahat şəkildə çıxmaq mümkünsüz oldu. Portuqaliyalı azarkeşlər finala yüksəlmək baxımından "Benfika"ya böyük dəstək verdilər".

Hollandiya futbolunun veteranı bir vaxtlar "Vitess"də icarə əsasında çıxış edən Nemanya Matiç haqda da danışıb: "Əminliklə deyə bilərəm ki, eyni oyunçu deyil. Bu qədər inkişaf etdiyi üçün nə etdiyini bilmirəm. Amma möhtəşəm bir oyunçuya çevrilib". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30