19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

“Spartak”ın əfsanəsi dünyasını dəyişdi

Moskva “Spartak”ının keçmiş yarımmüdafiəçisi Fyodor Çerenkov bu gün səhər saatlarında 56 yaşında dünyasını dəyişib. Futbolxeber.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “Spartak”ın başqa bir keçmiş futbolçusu Yeqor Titov xəbər yayıb. O, tvitterdə yazıb: “Kumirlər gedir! Əfsanələr gedir! Bütöv bir EPOXA gedir! Sən dahi idin, F.F.Çerenkov! Dahi kimi də getdin. Bu gün səhər saat 4-də Fyodor Çerenkov dünyasını dəyişdi. Ölüm səbəbi beynindəki şişdir”.

Xatırladaq ki, Çerenkov “Spartak”ın heyətində 494 matçda meydana çıxıb və 121 qol vurub. “Xalq komandası”nın heyətində mərhum 3 dəfə SSRİ, 1 dəfə isə Rusiya çempionu olub. Həmçinin Rusiya kubokunu da qazanıb. Çerenkov 1983 və 1989-cü illərdə SSRİ-nin ən yaxşı oyunçusu seçilib. SSRİ yığmasında meydana çıxdığı 34 matçda 12 qol vurub. SSRİ-nin olimpiya yığmasında 10 matç keçirib və 6 dəfə fərqlənib. 1980-cı ildə Moskvada keçirilən Olimpiya Oyunlarında bürünc medala sahib çıxıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30