29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

“Rusiyanı DÇ-2018-i keçirmək hüququndan məhrum etməkdənsə, ordu göndərib bizə kömək edin”

Ukraynanın “Hoverla” klubunun baş məşqçisi Vyaçeslav Qroznı Krım komandalarının Rusiya ikinci divizionunda mübarizə aparmasına görə Rusiya Futbol İttifaqının UEFA tərəfindən cəzalandıracağı haqda yayılan xəbərlərə münasibət bildirib. Futbolxeber.az-n məlumatına görə, 58 yaşlı mütəxəssis bunun çıxış yolu olmadığını qeyd edib: “Rusiya FİFA və UEFA-dan qovulacaq? Üstəlik də DÇ-2018-i keçirmək hüququndan məhrum olacaq? Güldürməyin məni. Bu, heç vaxt baş verməyəcək. “Qazprom” Çempionlar Liqasının sponsorudur. Mən səsverməylə həyata keçirilən tədbirlərə inanmıram. Bu tədbirlər reallaşsa belə, bizim vətənimizi müharibədən, terrordan xilas etməyəcək. Konkret olaraq, hərbi köməyə ehtiyac var. Rusiyanın 4 il sonra dünya çempionatını qəbul etməyəcəyi, rus klublarının avrokuboklardan uzaqlaşdırılacağı barədə boş-boş danışmağa ehtiyac yoxdu. Burada insanlar həlak olur. Fransa da, Almaniya da Ukraynada müharibə getdiyini çox yaxşı bilir. Cənab avropalılar, ondansa bura ordu göndərib bizə kömək edin. Biz patriotlarıq. İstənilən halda, birləşəcəyik və müharibəni qazanacağıq”.

Xatırladaq ki, sentyabrın 18-də UEFA-nın  mənzil qərargahında Rusiya Futbol İttifaqı ilə Ukrayna Futbol Federasiyasının rəsmiləri üz-üzə gələrək, Krım klubları haqda müzakirə aparacaqlar. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31