19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

Konte: “Buffonun əlcəklərinin çirkləndiyini xatırlamıram”

“Bu, bizim üçün çox vacib oyun idi. Çünki İtaliya millisi xeyli müddətdir Norveçdə qələbə qazana bilmirdi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Norveçlə oyundan sonra İtaliya millisinin baş məşqçisi Antonio Konte deyib.

Konte hesabı artırmaq üçün xeyli çalışdıqlarını bildirib: “Bu cür oyunlar hər zaman çətin keçir. Bu 9 gün ərzində xeyli iş gördük. İndi komandanı daha da inkişaf etdirməliyik. Buffonun əlcəklərinin çirkli olduğunu xatırlamıram. Biz hesab arasındakı fərqi artırmaq üçün xeyli çalışırdıq. İmkanlarımız da var idi. Norveçdə bütün komandalar çətinlik çəkəcək. Odur ki, qələbə qazandığımız üçün çox şadam. Bu gün heyətdə yer alan futbolçulardan 7-si dünya çempionatına aparılmamışdı. Mən heyəti heç vaxt keçmişdəki xidmətlərə görə müəyyənləşdirmirəm. Kim layiqdirsə, o da meydana çıxır”.

Xatırladaq ki, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutan oyunda İtaliya səfərdə Norveçi 2:0 hesabı ilə məğlub edib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30