20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

Aleksandr Səmədov “Neftçi”nin “məharət”indən xəbərsizdi

Rusiya millisinin azərbaycanlı yarımmüdafiəçisi Aleksandr Səmədov Avro-2016-nın seçmə mərhələsində Lixtenşteyni 4:0 hesabı ilə məğlub etdikləri oyun haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, Səmədov matça ciddi yanaşdıqlarını bildirib: “Asan oyun gözləmirdik. Seçmə mərhələnin ilk oyunu daim mühüm əhəmiyyət kəsb edir. Məşqçilər korpusu bizi əvvəldən xəbərdar etmişdi ki, arxayınlaşmaq olmaz. İlk yarıda xeyli qol epizodu yaratsaq da, cəmi 1 dəfə sevindik. Amma ikinci hissədə fərqli oyun getdi”.

Səmədov Lixtenşteynin 2 avtoqolla yadda qalmasına da toxunub: “Hansısa oyunda komandanın 2 dəfə avtoqol vurmasını xatırlamıram. Həmin epizodlarda biz özümüz rəqib qapısına yol tapmalıydıq. Sadəcə belə alındı ki, Lixtenşteynin futbolçuları özləri topu qapıdan keçirdilər”.

Qeyd edək ki, Səmədov bir komandanın 90 dəqiqə ərzində 2 avtoqolla yadda qaldığı oyunu xatırlamasa da, “Neftçi”nin “Partizan”la səfər oyununda bu “uğur”a imza atdığını azərbaycanlı futbolsevərlər çox yaxşı xatırlayırlar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30