19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Xarici futbol

“Tvente”nin baş məşqçisi: “Qarabağ"la final matçına çıxacağıq”

Avroliqanın play-off mərhələsinin cavab görüşü çərçivəsində öz meydanında “Qarabağ”ı qəbul edəcək “Tvente”nin baş məşqçisi Alfred Şreyder oyunöncəsi mətbuat konfransı keçirib. Futbolxeber.az-ın məlumatına görə, o, azarkeşlərin dəstəyinə ehtiyac duyduqlarını bildirib: “Demək olar ki, "Qarabağ"la final matçına çıxacağıq. Bu görüşdə öz oyunumuzu oynamalıyıq. Matçın taleyini həll edə biləcəyimizə əmin olmalıyıq. Ümid edirik ki, stadion azarkeşlərlə dolu olacaq. Avrokubok oyunları həm komanda, həm də futbolçular üçün təcrübə yığmaq baxımından çox önəmlidir. Hər kəs bu oyunlarda yeni nəsə öyrənir. "Qarabağ" yaxşı komandadır. Onların əks hücumları təhlükəli olur. Ancaq biz yalnız öz oyunumuz haqda düşünməli və qələbə üçün meydanda bütün gücümüzü qoymalıyıq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30