25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Xarici futbol

"Qalatasaray"ın istədiyi futbolçuya 100 milyon qiymət qoyuldu

 

"Şalke"nin meneceri Horts Heldt komandanın aparıcı üzvü, qitə nəhənglərinin heyətinə qatmaq istədiyi Yulian Drakslerlə bağlı maraqlı açıqlamalar verib. Futbolxeber.az-ın məlumatına görə, "Şalke"nin rəsmisi gənc futbolçuya fantastik qiymət qoydularını açıqlayıb: "Bizim Drakslerlə vidalaşmaq fikrimiz yoxdur. O satılmır. Müqaviləsində də xüsusi bir bənd yoxdur. Buna görə də açıq şəkildə bəyan edirəm ki, onu yayda satmayacağıq. Yulian özü də komandada olmaqdan razıdır. Biz də əlimizdən gələni edəcəyik ki, mümkün olduğu qədər "Şalke"də çox qalsın. Amma sabah nə olacağını heç kim deyə bilməz. Təbii ki, Drakslerin komandadan gedişi də mümkündür. Əgər, "Real" və "Barsa" onun üçün 100 milyon avro ödəməyə hazır olsa, vəziyyət dəyişir. Belədə onu sata bilərik. Amma Drakslerin "Bavariya" və ya "Borussiya"ya satılması müzakirə mövzusu deyil. 1000 faiz deyirəm ki, o komandada qalacaq".

Xatırladaq ki, Drakslerlə Türkiyənin "Qalatasaray" klubu da yaxından maraqlanır. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30