29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Zbiqnev Bonek: “Legiya”nı ÇL-ə qaytarmaq üçün sona kimi mübarizə aparacağıq”

Polşa Futbol Federasiyasının prezidenti Zbiqnev Bonek ölkə çempionu “Legiya”nın Çempionlar Liqasından kənarda qalması haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, Bonev “Legiya”nın qitənin ən mötəbər klub turnirinə qaytarılması üçün sona kimi mübarizə aparacaqlarını qeyd edib: “UEFA-dakı bütün mühüm adamlara zəng vurmuşam. Onlar məni diqqətlə dinlədilər. Lakin həm Mişel Platini, həm də Corcio Marketti eyni sözü dedi: “Biz çox məyusuq Zbiqnev, lakin bu cür hallarda başqa cəza növü yoxdur”. Təbii ki, onlar intizam komissiyasının qərarına təsir edə bilməzlər. Lakin biz təslim olmuruq. Sona kimi mübarizə aparacağıq. Bilirəm, şansımız çox azdır. Bununla belə, hərəkət etməliyik. Onu da əlavə edim ki, yaxşı olardıkı futbolçular PlayStation oynamaqdansa, arada iştirak etdikləri turnirin qaydalarını öyrənsinlər”.

Xatırladaq ki, “Legiya” ÇL-in III təsnifat mərhələsində “Seltik”i 2 oyunun ümumi nəticəsinə görə 6:1 hesabı ilə məğlub etsə də, cəzalı Bartoş Bereşinskinin cəzalı halda meydana çıxmasına görə, UEFA tərəfindən qitə kuboklarından uzaqlaşdırılıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31