20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Xarici futbol

Dünya çempionatının rekordçusu məşqçiliyə başladı

“Zenit”in, Kiyev “Dinamo”sunun və Rusiya millisinin sabiq hücumçusu Oleq Salenko məşqçilik karyerasına başlayıb. Futbolxeber.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 44 yaşlı veteran futbolçu Kiyev oblastının Bravorskaya rayonunu təmsil edən “Tayqer”in baş məşqçisi təyin edilib. Onun debüt oyunu uğursuz alınıb. Belə ki, Salenkonun komandası Kiyev oblastının kuboku uğrunda matçda “Rubin”ə 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, DÇ-1994-ün bombardiri olan Salenko mundiallar tarixində 1 oyunda 5 qol vurmuş yeganə futbolçudur. Futbolçu karyerası bitirdikdən sonra o, qısa müddət Ukraynanın çimərlik futbolu üzrə millisini çalışdırıb. Son zamanlar isə Salenko Ukrayna telekanallarında ekspert kimi fəaliyyət göstəriridi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30