19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

Prandelli: “Əvvəl “Fənərbaxça”, sonra Çempionlar Liqası”

Çezare Prandelli bu gün “Qalatasaray”la rəsmi müqavilə imzaladıqdan sonra “Türk Telekom Arena”da jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis ilk olaraq klub prezidenti Ünal Aysala təşəkkür edib: “Ünal Aysalla danışığımız yaxşı alındı. Onun dediklərini eşitmək çox xoşdur. Qarşısına qoyduğu hədəflərə çata biləcək bir “Qalatasaray” qurmaq istəyirik. Təlim-məşq bazasını bəyəndim. Hiss olunur ki, burada çalışanlar işinin peşəkarıdır”.

Prandelli İstanbula gəlməmişdən öncə “sarı-qırmızılılar”ın sabiq çalışdırıcısı Roberto Mançini ilə danışdığını bildirib: “Mançinidən “Qalatasaray” haqqında duyduğum ilk söz İstanbulun nə qədər gözəl şəhər olmasıdır. Bilirəm ki, Mançini 8-ci pillədə qəbul etdiyi komandanı ikinci edib. Amma bizim çalışmaq üçün xeyli zamanımız var. “Qalatasaray”da xeyli peşəkar yığışıb. Bu məqam işimizi nisbətən asanlaşdıracaq. Limitin bizə problem yaşadacağını düşünmürəm. Əgər, qayda qoyulubsa, ona riayət etməliyik”.

Təlim-məşq toplanışına 25-27 futbolçu aparacaqlarını bildirən Prandelli, Çempionlar Liqasıyla bağlı sualı belə cavablandırıb: “Çempionlar Liqasından qabaq “Fənərbaxça”yla Superkubok oyunumuz var. İlk olaraq bu matçı düşünürəm. Əvvəl Superkubok, sonra Çempionlar Liqası”.

 

   

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30