16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Xarici futbol

Balotelli: “Sabah play-offa vəsiqəni rəsmiləşdirmək istəyirik”

“Hazırda bütün diqqətimi dünya çempionatına yönəltmişəm. Necə olacağını zaman göstərəcək. Heç nə proqnozlaşdıra bilmərəm. Kosta-Rika ilə görüşı çox ciddi hazırlaşırıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri İtaliya millisinin aparıcı üzvü Mario Balotelli deyib.

Gənc forvard fərdi titullar barədə düşünmədiyini bildirib: “Rəqibin xeyli oyununa baxmışıq. Rəqib güclüdür. Rəqibə hörmək etməli və gücümüzün 200 faizini meydanda qoymalıyıq. Düzdür, milli komandanın heyətində çox qol vurmaq istəyirəm. Hər bir futbolçu kimi mən də mundialın bombardiri olmağı istəyirəm. Lakin sabahkı oyunda əsas olan komandanın uğurudur. Qələbə qazanmaqla play-offa vəsiqəni rəsmiləşdirmək istəyirik”.

Balotelli bildirib ki, Kosta-Rikanın ilk oyundakı qələbəsi onlar üçün sürpriz olmayıb: “Kosta-Rika Uruqvayı ilk turda məğlub etdi. Biz buna qətiyyən təəccüblənmədik. Çünki onlar zəif deyillər. Ümid edirəm ki, bu mundial təkcə mənim üçün yox, həm də komandam üçün uğurlu alınacaq”.

  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30