20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

Foqts: “Tiki-taka” artıq süquta uğrayıb”

"İspaniyanın Hollandiyaya 1:5 hesabı ilə uduzması mənim üçün mundialın ilk böyük sensasiyası oldu. Artıq hər şey Çili ilə oyunda həll olunacaq. İspanlar bu turnirin onlar üçün gözləniləndən də çətin olacağını anladılar. Ancaq unutmayın ki, 4 il əvvəl, DÇ-2010-nun finalında İspaniya Hollandiya ilə görüşdə əla oyun nümayiş etdirmişdi". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Almaniya mətbuatına açıqlamasında deyib.

Almaniyalı mütəxəssis "tiki-taka" taktikasının artıq süquta uğradığını bildirib: "Lui van Qal "tiki-taka"ya qarşı necə oynamaq lazım olduğunu göstərdi. İspanlar sürətli hücumlar zamanı yüksək təzyiq yaradırlarsa, müdafiədə eyni oyunu nümayiş etdirə bilmirlər. Düşünürəm ki, həmin oyunun nəticəsi 6:1 və ya 7:1 da ola bilərdi. Məncə, artıq "tiki-taka" süquta uğrayıb. Ümumiyyətlə, bu taktika məni qane etmirdi. Dünya çempionatı göstərir ki, müasir futbolda mümkün qədər tez qol vurmalısan. Məni belə oyun qane edir. Hollandiyaya məğlubiyyət ispanlar üçün acı həb oldu. Ancaq onların qarşıda iki oyunları var. Əlbəttə, Visente del Boske harada və hansı futbolçularda problemlərin olduğunu görür. Ona görə İspaniya millisini hesabdan silmək olmaz".

Mundialın hakim idarəçiliyindən şikayətlənən B.Foqts bu haqda belə deyib: "Sual verirəm: niyə ən yaxşı futbolçuların mübarizə apardığı dünya çempionatında ən yaxşı hakimlər idarəçilik etmirlər? Mundialda bütün qitələrin təmsil olunması yaxşı ideyadır. Ancaq bu yanlış yanaşmadır. Bu, oyunların keyfiyyətinə də təsir edir. Əgər 3 ingilis, 3 alman və 3 italyan hakim hazırda ən yaxşıdırsa, qoy onlar mundialda da ədaləti təmsil etsinlər. Əgər bir isveçli hakim varsa, yığması dünya çempionatında olmasa belə, o mundialda iştirak etməlidir. FİFA bu barədə düşünməlidir".


qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30