19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

Tofiq Bəhramovun xələfləri

Mundialda 64 oyunu altı qitədən 25 baş hakim idarə edəcək. DÇ-2014 meksikalı Marko Rodrigez üçün üçüncü, özbək Ravşan İrmatov, yapon Yuiçi Nişimura, salvadorlu Xoel Agilar, yeni zelandiyalı Peter O'Liri və ingilis Hovard Vebb üçün ikinci dünya çempionatı olacaq. Vebbin DÇ-2010-da final oyununu idarə etdiyini də xatırladım.

Maraqlıdır ki, DÇ-2010-da 5 matçda baş hakim olan İrmatov DÇ-2014-də 4 qarşılaşmanı idarə edəcəyi halda ümumi oyun sayına (9) görə dünya çempionatlarının təkbaşına rekordçusu olacaq.

Yeri gəlmişkən, DÇ-2014-ün baş hakimlərindən biri də türk Cüneyt Çakırdır (köməkçiləri - Bahattin Duran, Tarık Ongun). Ondan əvvəl türk referilərdən yalnız Doğan Babacan mundialda hakimlik edib. DÇ-1974-də AFR - Çili oyununda (1:0) baş hakim olan Babacan dünya çempionatları tarixinə ilk qırmızı vərəqə göstərən referi kimi düşüb.

Həmyerlimiz Tofiq Bəhramovun iki dünya çempionatında (DÇ-1966, DÇ-1970) hakimlik etdiyini, həmçinin DÇ-1966-nın final oyununda köməkçi hakim olduğunu da xatırladım.

Rasim MÖVSÜMZADƏ




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30