28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Barzaqli: “İngilislərə qarşı yerlə oynayıb, topu özümüzdə saxlamalıyıq”

İtaliya millisinin müdafiəçisi Andrea Barzaqli DÇ-2014-ün qrup mərhələsinin ilk turu çərçivəsində İngiltərəyə qarşı keçirəcəkləri oyun haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli müdafiəçi ilk öncə Manausdakı meydançanın durumundan söz açıb: “Manausdakı meydançanın durumu haqda bizə mütəmadi olaraq məlumat verilir. Məncə, təşkilatçılar qazonun yaxşı duruma gətirilməsi üçün əllərindən gələni edəcəklər. İstənilən halda hər iki komanda eyni meydanda mübarizə aparacaq”.

“Yuventus”lu müdafiəçi rəqibin hücum xəttini belə dəyərləndirib: “Runi böyük təcrübəyə və yüksək səviyyəyə malik olan futbolçudur. Amma o tək deyil. İngiltərə yığmasında 3-4 güclü hücumçu var. Onlar sürətli və təkbətək mübarizələrdə çox güclüdürlər. İngiltərə yığmasının hücum xətti olduqca güclüdür və biz bundan ehtiyatlanmalıyıq”.

Barzaqli hava toplarına üstünlük verməməli olduqlarını düşünür: “Ümid edirəm ki, biz də tez-tez rəqibin müdafiə xəttini narahat edəcəyik. Bu, heç də asan olmayacaq. Çünki onların müdafiə xətti güclüdür. Lakin biz də rəqibi çətinə salmaq üçün müxtəlif variantlar üzərində çalışırıq. Ehtiyatlı oynamalı, hava toplarından çəkinməliyik. Çünki hər kəs bilir ki, ingilislər “ikinci mərtəbədə” güclüdürlər. Biz də yerlə oynayıb, topu özümüzdə saxlamalıyıq”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31