26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

Foqts: “DÇ-2104-ün favoritləri Almaniya, Braziliya və İtaliyadır”

Milli komandamızın baş məşqçisi Berti Foqts sabah Braziliyada start götürəcək dünya çempionatı haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, Foqts 3 komandanı favorit qismində gördüyünü bildirib: “Almaniya ilə yanaşı, Braziliya və İtaliya yığmalarını favorit görürəm. Favoritlər sırasında Fransanı söyləməyə çətinlik çəkirəm. Belçika mənə yaxşı komanda təsiri bağışladı. Həmçinin Çili yığması. Bizimlə oyunda onların yaxşı komanda olduğu görünürdü. İspaniya millisi son dünya çempionatında uğurlu çıxış etdi. Onlar son görüşdə də əla təsir bağışladılar. Ancaq siz ispanlara qarşı ispan futbolu oynaya bilmərsiniz. Onlara qarşı alman futbolu nümayiş etdirmək lazımdır. Topu ispanlardan daha yaxşı özündə saxlamaq lazımdır. Bütün avropalılar bu qitədə oynayan ən yaxşı cənubi amerikalı futbolçuları, braziliyalıları əla tanıyırlar. Məsələn, biz Neymar və Dantenin zəif və üstün cəhətlərini yaxşı bilirik. Avropalı məşqçilər Braziliyaya qarşı müdafiədə 4 futbolçu ilə necə oynamalı olduqlarını müəyyənləşdiriblər. Daha öncə Cənubi Amerika komandalarını tanımırdıq. İndi isə vəziyyət dəyişib və bu, Avropa komandaları üçün əlavə üstünlükdür”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30