29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

DÇ-2014: Braziliya polisi bosniyalı məşqçilərin silahlı hücuma məruz qalmasını əngəllədi

Bosniya və Hersoqovina millisinin məşqçilər korpusunun üzvləri Braziliyada xoşagəlməz halla üzləşiblər. Futbolxeber.az-ın məlumatına görə, baş məşqçi Saffet Susiç və onun köməkçiləri komandanın məskunlaşdığı Quaraxedə gəzintiyə çıxıblar. Bundan duyuq düşən 3 silahlı şəxs isə onları təqib etməyə başlayıb. Cinayətkarlar hücuma keçmək istədikdə isə yaxınlıqda polis maşınının səsi eşidilib. Məhz bu səbəbdən də hər 3 silahlı şəxs hadisə yerindən qaçıb. Polis onlardan heç birini həbs edə bilməyib.  

Otelə qayıdan bosniyalı məşqçilər isə bu hadisəni ironiya ilə qarşılayaraq, “öz ölkəmizdə bundan da qorxulu hallarla qarşılaşmışıq” deyiblər. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31