17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Xarici futbol

XX mundialın iştirakçılar: ÇİLİ

Futbolxeber.az DÇ-2014-ün iştirakçılarının tanıtmasını davam etdirir. Bu dəfə Çili yığmasından söz açacağıq.

TARİXƏ SƏYAHƏT

Çilidə futbol XX əsrin əvvəllərində yaranıb. Ölkədə bu idman növünə Çili Futbol Federasiyası nəzarə edir. Çili yığması tarixi ərzindəki ilk oyununu 1910-cu ilin 27 mayında keçirib. Buenos Ayresdə baş tutan qarşılaşmada Çili Argentinayla üz-üzə gəlib və rəqibinə 1:3 hesabıyla uduzub. 1959-cu ilin 17 sentyabrında Braziliyaya qarşı baş tutan matç Çili tarixinə qara hərflərlə düşüb. Belə ki, həmin gün Rio de Janeyrada baş tutan qarşılaşmada Braziliya Çilinin qapısından 7 cavabsız top keçirib.

Çilinin qazandığı ən böyükhesablı qələbə də 7:0-dır. Özü də cənubi amerikalılar 2 dəfə belə uğura imza atıblar. Çili yığması əvvəlcə 1979-cu ilin 29 avqustunda Venesuelanı 7:0 hesabı ilə darmadağın edib. Daha sonra isə 1997-ci ilin 5 sentyabrında Ermənistan millisi Çilidən 7 cavabsız qol yeyib. Özü də hər iki oyun Santyaqoda baş tutub.

UĞURLAR

Çili millisi tarixindəki ən böyük uğurunu 1962-ci ildə qazanıb. Cənubi amerikalılar həmin ildə baş tutan mundialda bürünc medallara sahib çıxıb. Bu, Çilinin mundiallar ərzində qazandığı ilk və yeganə medaldı.

Çili digər uğurlarını Amerika kubokunda qazanıb. 1916-cı ildən etibarən komanda bu turnirdə 34 dəfə yarışıb və 4 dəfə medalçılar sırasına düşüb. Özü də komanda 1955, 1956, 1979 və 1987-ci illərdə turniri gümüş medalla başa vurub.

MİLLİNİN REKORDÇULARI

Çili millisinin heyətində ən çox oyun keçirən futbolçu Lionel Sançesdi. O, 1955-1968-ci illər aralığında yığmada 84 matça çıxıb və bu oyunlarda 23 qol vurmağa müvəffəq olub. 78 yaşlı veteran futbolçu Çili yığmasının 1962-ci ildə dünya çempionatında bürünc medal qazanan əfsanəvi heyətində yer alıb.

Çili yığmasında ən çox qol vuran futbolçu isə Marselo Salasdır. Ötənlərin məşhur hücumçusu yığmada 1994-cü ildə debüt edib. 2007-ci ilə kimi şərəfini qoruduğu yığmada Salas, 70 oyuna çıxıb və 37 qol vurub. 

ÇİLİ MİLLİSİ MUNDİLLARDA

Çili 1930-cu ildə baş tutan ilk mundialın iştirakçılar arasında olub. Amma komandanın çıxışı heç də uğurlu alınmayıb və Çili turnirdə mübarizəni elə qrup mərhələsində dayandırıb. Müəyyən səbəblərdən Çili yığması 1934 və 1938-ci illərdə keçirilən mundiallardan kənarda qalıb. 1950-ci ildə Çili millisi yenidən mundial həyəcanı yaşasa da, yenə də turnirlə elə qrup mərhələsində vidalaşıb. 1954 və 1958-ci illərdə təsnifat mərhələsində uğursuzluğa düçar olan Çili, 1962-ci ildə tarixindəki ən böyük uğura imza atdı.

1966, 1974 və 1982-ci illərdə mundialla qrup mərhələsində vidalaşan Çili millisi, 1970, 1978 və 1986-cı illərdə də təsnifat mərhələsində uğur qazana bilməyib. 1990-cı ildə isə Çili yığması cərimə olunduğundan dünya çempionatında iştirak edə bilmədi. 4 il sonra komanda FİFA tərəfindən turnirdən uzaqlaşdırıldı.

Nəhayət, 1998-ci ildə Çili millisi Fransada keçirilən mundialda iştirak hüququ qazandı. Həmin vaxt komandanın heyətində Salas-Samarano tandemi möhtəşəm təsir bağışlayırdı. Sa-Sa duetinin sayəsində Çili tarixində ikinci dəfə mundialda play-offa adlasa da, 1/8 finaldan irəli gedə bilmədi.

2002 və 2006-cı illərdə təsnifat mərhələsində istənilən nəticəni qazana bilməyən çilililər, son mundialda da mübarizəni 1/8 finalda dayandırdı.

PÜŞK VƏ TƏQVİM

Təsnifat mərhələsində inamlı təsir bağışlayan Çili millisi püşkdən öncə ikinci səbətdə yer alırdı. Amma püşk zamanı komandanın bəxti gətirmədi. Belə ki, komanda son dünya çempionatının finalçıları - İspaniya və Hollandiya, eləcə də Avstraliya ilə bir qrupda yer alıb.

Çili millisi mundialdakı ilk oyununu Avstraliyaya qarşı keçirəcək. İyunun 13-də baş tutacaq bu qarşılaşma, “Arena Pantanal”da keçiriləcək. Çili qrupdakı ikinci oyununa iyunun 18-də çıxacaq. Bu qarşılaşma möhtəşəm “Marakana” stadionunda oynanılacaq. Qrupdakı son matçında isə Çili Hollandiya millisi ilə üz-üzə gələcək. Bu matç iyunun 23-də, “Arena Korintians”da oynanılacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30