24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Xarici futbol

DÇ-2014 bu stadionlarda keçiriləcək: “MİNEYRAN”

Braziliyada keçiriləcək XX dünya çempionatına artıq sayılı günlər qalır. İyunun 12-də start götürəcək mundialın oyunları 12 stadionda keçiriləcək. Futbolxeber.az saytı bu gündən etibarən mundialın oyunlarını qəbul edəcək stadionlarla oxucuları daha yaxından tanış edir.

2009-cu il mayın 31-də mundialın oyunlarının keçiriləcəyi 12 stadionun adı açıqlandı. Lakin 2010-cu ilin 16 iyununda FİFA bəyan etdi ki, San Paulu şəhərinin rəhbərliyi göstərilən müddətə kimi maddi təminat verə bilməyiblər. Bu səbəbdən də bu şəhərdə yerləşən “Morumbi” stadionu mundialın oyunlarına ev sahibliyi etməyəcək.

Bununla belə, tərəflər arasında danışıqlar davam etdirildi. Az sonra Braziliya Futbol Konfederasiyası bəyan etdi ki, San Pauluda yeni stadion - “Korintians Arena” inşa olunacaq və mundialın bəzi oyunları da məhz burada keçiriləcək.

1. “Mineyran” - 63547 tamaşı tutumu

Tam adı “Qubernator Maqalyans Pintu” olan stadion Belu-Orizonti şəhərindəki Pamulya rayonunda yerləşir. Ölkənin 2 böyük klubu - “Kruzeyro” və “Atletiko Mineyro” ev oyunlarını məhz burada keçirir.

Stadion 1965-ci ildə inşa edilib. Arenanın açılışı isə 1965-ci il 5 sentyabrda baş tutub. Həmin gün Minas-Jerays ştatının millisi Argentina “River Pleyt”i ilə qarşılaşıb. Stadionun açılışı ştatda futbolun inkişafına təkan verdi. Artıq 2 ildən sonra “Kruzeyro” Braziliya kubokunu qazandı.

Dünya çempionatı ilə əlaqədar olaraq stadionda görülən təmir işləri 2012-ci ilin 22 dekabrında başa çatdı. Amma rekonstruksiya zamanı stadionun özülünə toxunulmayıb. 

“Mineyran” Cənubi Amerikanın qitə kuboklarındakı ən mühüm matçlarına ev sahibliyi edib. Bu da səbəbsiz deyil. Çünki Libertadores və digər kuboklarda finallar 2 oyundan ibarət olur.

Arenada 5 dəfə (1976, 1977, 1997, 2009, 2013) Libertadores kubokunun finalı, 4 dəfə (1988, 1991, 1992, 1996) Libertadores Superkuboku uğrunda final, 3 dəfə də (1992, 1995, 1997) KONMEBOL kubokunun final matçı keçirilib.

“Mineyran”da keçiriləcək oyunlar:

14 iyun   Kolumbiya - Yunanistan

17 iyun   Belçika - Əlcəzair

21 iyun   Argentina - İran

24 iyun   Kosta Rika - İngiltərə

28 iyun   1/8 final

8 iyul      Yarınfinal

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30