29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

XX mundialın iştirakçıları: KAMERUN

13 gündən sonra Braziliyada sayca XX dünya çempionatı start götürəcək. Futbolxeber.az saytı oxucuları mundial iştirakçıları ilə yaxından tanış edir. Bu dəfə Kamerun millisindən söhbət açacağıq.

TARİXƏ SƏYAHƏT

Kamerun millisi Afrika futbolu tarixindəki ən güclü millilərdən biridir. Kamerun tarixindəki ilk oyununu yalnız 1960-cı ildə, müstəqillik qazandıqdan sonra keçirib. Aprelin 13-də Madaqaskarda Cibutiyə qarşı baş tutan görüş Kamerun yığmasının 9:2 hesablı qələbəsi ilə yekunlaşdı. Bu, həm də Kamerun yığmasının tarixindəki ən böyükhesablı qələbədir.  10 ildən sonra “Aslanlar” ilk dəfə olaraq Afrika Millətlər Kubokuna vəsiqə qazandı. Qrupdakı 3 oyundan ikisində qalib gəlməsinə baxmayaraq, kamerunlular play-offdan kənarda qaldılar. 

1982-ci ildə komanda ilk dəfə olaraq dünya çempionatına vəsiqə qazandı. 8 il sonra isə Kamerun millisi ikinci dəfə dünya çempionatına vəsiqə qazanaraq, 1/4 finala kimi irəlilədi və bununla da tarix yazdı.

UĞURLAR

Kamerun yığması tarixi ərzindəki ən böyük uğuruna 2000-ci ildə nail olub. Həmin vaxt afrikalılar Sidneydə baş tutan Olimpiya Oyunlarının qızıl medallarına sahib çıxıblar. 2003-cü ildə isə Kamerun yığması Konfederasiyalar Kubokunda bürünc medalları qazanıb.

Kamerun millisi 4 dəfə (1984, 1988, 2000, 2002) Afrika Millətlər Kubokunun qalibi olub. 2 dəfə (1986, 2008) sözügedən turnirin gümüş medalına sahib çıxan kamerunlular, 1 dəfə də (1972) də bürünc medalları qazanıblar.

REKORDÇULAR

Kamerun millisinin tarixi ərzində ən çox oyun keçirən futbolçu Riberi Sonqdur. Vaxtı ilə “Qalatasaray”da 4 mövsüm çıxış edən müdafiəçi 2010-cu ildə karyerasını başa vurub. Kamerun millisində isə 1993-cü ildə debüt edib. Yığmada keçirdiyi 17 il ərzində Sonq 138 matça çıxıb və 4 qol vurub.

Kamerun yığmasının tarixində ən çox qol vuran futbolçu isə Samuel Eto`Odur. 33 yaşlı forvard yığmada 1996-cı ildə debüt edib və hələ də çıxışını davam etdirir. Bu müddət ərzində o, Kamerun millisində 115 oyuna çıxıb və 55 qol vurub.

MUNDİLLARDA

Bayaq da qeyd etdiyimiz kimi, Kamerun millisi ilk dəfə 1982-ci ildə mundiala vəsiqə qazandı. Amma “siftə” uğursuz alındı və afrikalılar mübarizəni qrup mərhələsində dayandırdılar.

1990-cı ildə ikinci dəfə mundiala vəsiqə qazanan Kamerun, İtaliyada keçirilən dünya çempionatının sürprizi oldu. 38 yaşlı Roje Millanın lideri olduğu komanda ilk oyunda həmin vaxt dünya çempionu tituluna sahib olan Argentinanı 1:0 hesabı ilə məğlub etdi. Kamerun daha sonra Rumıniyanı 2:1 hesabı ilə üstələdi. Qrupdakı son oyununda SSRİ-ni 4:0 hesabı ilə darmadağın edən Kamerun millisi play-offa adladı. 1/8 finalda Karlos Valderama və Rene İqita kimi futbolçuların yer aldığı Kolumbiyanı üstələyən (2:1) Kamerun millisinin qarşısını 1/4 finalda İngiltərə yığması kəsdi (2:3). Bununla da Kamerun millisi mundiallarda 1/4 finala adlayan ilk Afrika təmsilçisi oldu. Həmin vaxt Kamerun yığmasına rusiyalı mütəxəssis Valeri Nepomnyaşiy rəhbərlik edirdi.

Növbəti 3 mundialda mübarizəni qrup mərhələsində dayandıran Kamerun, 2006-cı ildə ümumiyyətlə dördilliyin ən böyük turnirindən kənarda qaldı. CAR-da keçirilən sonuncu dünya çempionatına vəsiqə qazanmasına baxmayaraq, Kamerun yenə də play-offa adlaya bilmədi. Kamerun millisi Braziliyada yeddinci dəfə dünya çempionatı həyəcanı yaşayacaq ki, bu da Afrika ölkələri arasınbda rekord göstəricidir.

PÜŞK VƏ TƏQVİM

Əvvəldən ikinci səbətdə yer alan Kamerun millisinin püşkdə bəxti heç gətirmədi. Komanda “A” qrupunda - meydan sahibləri Braziliya, Meksika və Xorvatiyayla mübarizə aparacaq. Meydan sahibi Braziliya millisi nəinki bu qrupun, hətta turnirin əsas favoritlərindəndir. Meksika və Xorvatiya yığmalarını da heç də zəif deyil. Mütəxəssislərin fikrincə, Braziliya millisi bu qrupun qalibi olacaq. İkinci yer uğrunda da məhz digər 3 komanda mübarizə aparacaq.

Kamerun millisi mundialdakı ilk oyununu Meksikaya qarşı keçirəcək. Meksika - Kamerun matçı iyunun 13-də “Arena dan Dunas”da oynanılacaq. İkinci oyununda Kamerun millisi Xorvatiyayla üz-üzə gələcək. Manaus şəhərindəki “Amazoniya” stadionunda keçiriləcək bu oyun 18 iyunda baş tutacaq. Qrupdakı son oyununda isə Kamerun millisi meydan sahibləriylə münasibətlərinə aydınlıq gətirəcək. Bu oyun iyunun 23-də baş tutacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31