19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

XX mundialın iştirakçılar: CƏNUBİ KOREYA

13 gündən sonra Braziliyada sayca XX dünya çempionatı start götürəcək. Futbolxeber.az saytı oxucuları mundial iştirakçıları ilə yaxından tanış edir. Bu dəfə Cənubi Koreya millisindən söhbət açacağıq.

TARİXƏ SƏYAHƏT

Cənubi Koreyada futbol ötən əsrin əvvəllərində yaransa da, ölkə yığması əsrin ortasından etibarən beynəlxalq arenada çıxış etməyə başlayıb. Yığma tarixindəki ilk oyunu 1948-ci ildə keçirib. Avqustun 2-də baş tutan oyunda asiyalıların rəqibi Meksika olub. Londonda baş tutan görüş Cənubi Koreya yığması üçün uğurlu alınıb. Asiyalılar rəqibini 5:3 hesabı ilə məğlub edib. 3 gün sonra koreyalılar ikinci oyununa çıxıb. Amma budəfəki matç fiasko ilə nəticələnib. İsveçə qarşı baş tutan oyun Cənubi Koreyanın 0:12 hesablı yenilgisi ilə tamamlanıb. Bu, koreyalıların tarixi ərzindəki ən ağır məğlubiyyətdir. Komandanın tarixinə düşən digər matç isə 2003-cü ilin 29 sentyabrında keçirilib. İnçxon şəhərində Nepala qarşı baş tutan oyun Cənubi Koreyanın 13:0 hesablı qələbəsi ilə yekunlaşıb.

UĞURLAR

Cənubi Koreya millisi tarixi ərzindəki ən böyük uğurunu Yaponiya ilə birgə ev sahibliyi etdiyi dünya çempionatında qazanıb. Həmin vaxt Cənubi Koreya çoxlarının gözləmədiyi halda, yarımfinala kimi irəlilədi. Bununla da koreyalılar dünya çempionatında yarımfinala kimi irəliləyən ilk və hələlik yeganə Asiya ölkəsi kimi tarixə düşüb. Yarımfinalda Almaniyaya boyun əyən Cənubi Koreya üçüncü yer uğrunda matçda da Türkiyəyə uduzaraq, dördüncü yerlə kifayətləndi.

Cənubi Koreya yığması digər uğurlarını Asiya kubokunda qazanıb. Tarixi ərzində bu turnidə 10 dəfə mübarizə aparan Cənubi Koreya, 2 dəfə turnirin qalibi olub. Komanda 1956 və 1960-cı illərdə qalib adına sahib çıxıb.

REKORDÇULAR

Cənubi Koreya millisində indiyədək ən çox oyun keçirən futbolçu Xon Mon Bodur. 1990-2002-ci illər aralığında yığmanın heyətində o, 136 matça çıxıb. Bu görüşlərdə veteran futbolçu 10 qol vurmağa müvəffəq olub. Hazırda Cənubi Koreya yığmasının baş məşqçisi də məhz Bodur. 

Asiyalıların tarixi ərzində millidə ən çox qol vuran futbolçu isə Çxa Bom Qındır. 1972-1986-cı illər aralığında sabiq forvard 55 dəfə rəqib qapılarına yol tapıb. O, bu göstəriciyə meydana çıxdığı 121 oyunda nail olub.  

MUNDİLLARDA

Braziliyadakı dünya çempionatı Cənubi Koreyanın tarixi ərzindəki sayca doqquzuncu mundial olacaq. Komanda ilk dəfə 1954-cü ildə dünya çempionatına qatılıb. Amma “siftə” uğurlu alınmayıb və koreyalılar meydana çıxdığı hər iki oyunu məğlubiyyətlə başa vurub. Top fərqi isə biabırçı olub - 0:16.

Cənubi Koreya növbəti dəfə 32 ildən sonra - 1986-cı ildə mundialda iştirak etmək hüququ qazanıb. Amma nə Meksika, nə də sonrakı İtaliya, ABŞ və Fransada baş tutan mundiallarda komanda uğur qazanıb. Cənubi Koreya yığması həmin yarışlarda mübarizəni qrup mərhələsində dayandırmaqla yanaşı, 1 oyunda belə qələbə qazana bilməyib. Komanda mundillardakı ilk qələbəsini 2002-ci ildə qazanıb. Sonuncu dünya çempionatında isə Cənubi Koreya millisi mübarizəni 1/8 finalda dayandırıb.

Bu günə kimi asiyalılar dünya çempionatında 20 oyuna çıxıb. Bu oyunlarda cəmi 4 qələbə qazanan Koreya yığması 7 dəfə meydandan heç-heçə, 13 dəfə isə yenilgi ilə ayrılıb. Top fərqi 22-53-dür.

PÜŞK VƏ TƏQVİM

Püşkatmadan öncə üçüncü səbətdə qərarlaşan Cənubi Koreya yığması, H qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri isə Belçika, Rusiya və Əlcəzairdir. Mütəxəssislər püşkün nəticəsini Cənubi Koreya üçün uğurlu hesab edirlər. Koreyalıların play-off uğrunda Rusiya və Belçika ilə mübarizə aparmaq gücündə olduğu bildirilir.

Cənubi Koreya millisi dünya çempionatındakı ilk oyununu iyunun 17-də keçirəcək. “Arena Pantanal”da baş tutacaq görüşdə asiyalıların rəqibi Rusiya millisi olacaq. İyunun 22-də keçiriləcək ikinci turun oyununda Cənubi Koreya Əlcəzairlə üz-üzə gələcək. Bu oyunda Beyra-Rioda keçiriləcək. Son turda isə komandanın rəqibi Belçika yığması olacaq. İyunun 26-na planlaşdırılan matç “Arena Korintians”da keçiriləcək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30