17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Xarici futbol

“Tottenhem” yeni baş məşqçisiylə 5 illik müqavilə imzaladı

Maurisio Poçettino rəsmən “Tottenhem”in baş məşqçisi təyin edilib. Futbolxeber.az-ın məlumatına görə, London klubu “Sautgempton”un sabiq çalışdırıcısı ilə 5 illik müqavilə imzalayıb. Ötən mövsümü Poçettinonun rəhbərliyi altında 8-ci pillədə tamlayan “Suatgempton” tarixi ərzindəki ən yaxşı nəticəyə imza atıb.

Poçettino “Tottenhem”in baş məşqçisi təyin olunmasını belə şərh edib: “Tottenhem” möhtəşəm tarixə malik olan klubdur. Bu klubu çalışdırmaq şərəfinə nail olduğum üçün şadam. Komandada xeyli sayda yüksəksəviyyəli futbolçu var. İşə başlayacağım anı səbirsizliklə gözləyirəm”.

Xatırladaq ki, 2013/14 mövsümünün sonunda “Tottenhem” rəhbrəliyi çempionatın gedişində Andre Villaş-Boaşı baş məşqçi postunda əvəzləyən Tim Şervudu istefaya göndərib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30