24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Xarici futbol

Başqırdıstan təmsilçisi ilk dəfə Premyer Liqada

Növbəti mövsümdə Rusiya Premyer Liqasında mübarizə aparacaq daha bir klubun adı bəlli olub. Futbolxeber.az-ın məlumatına görə, play-off mərhələsində “Tom”u (5:1; 1:3) üstələyən “Ufa” yüksək liqaya vəsiqə əldə edib. Bu, “Ufa”nın tarixində ilkdir. Başqırdıstan paytaxtını təmsil edən klubun əsası 2009-cu ildə qoyulub. 2013/14 mövsümünü I divizionda dördüncü pillədə tamamlayan “Ufa” play-off mərhələsində iştirak hüququ qazanmışdı. İqor Kolıvanovun komandası həm də play-offdan Premyer Liqaya yüksələn ilk birinci divizion təmsilçisi kimi tarixə düşüb.

Qeyd edək ki, Rusiya Premyer Liqasında növbəti mövsümdə mübarizə aparmaq hüququ qazanacaq sonuncu komandanın adı “Krılya Sovetov” - “Torpedo” matçından sonra bəlli olacaq. Bu komandalar arasında baş tutan ilk oyunda “Torpedo” 2:0 hesablı qələbə qazanıb.

Əlavə edək ki, Rusiya birinci divizionun mövsümün yekunlarına əsasən “Mordoviya” və “Arsenal Tula” birbaşa Premyer Liqaya vəsiqə əldə ediblər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30