25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Xarici futbol

İngiltərə millisi Avropa çempionu oldu

17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatına yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, həlledici qarşılaşmada İngiltərə və Hollandiya yığmaları üz-üzə gəliblər. Matın əsas və əlavə vaxtında qalib aşkarlanmayıb (1:1). Penaltiləri daha dəqiq yerinə yetirən (4:1) İngiltərə millisi qitə çempionu adını qazanıb.  

Qeyd edək ki, qrup mərhələsində Malta (3:0) və Türkiyəni (4:1) məğlub edən İngiltərə millisi, Hollandiyaya 0:2 hesabı ilə uduzmuşdu. Yarımfinalda isə ingilislər Portuqaliya yığmasından üstün olub - 2:0.

Qeyd edək ki, İngiltərə millisi sonuncu dəfə 2010-cu ildə 17 yaşlılar arasında Avropa çempionu olmuşdu.  Ötən il qitə çempionu adına Rusiya, 2012-ci və 2011-ci illərdə isə Hollandiya yığması sahib çıxıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30