18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Xarici futbol

“Yaya Ture “Mançester Siti”dən getmək istəyir”

Yaya Ture “Mançester Siti”ni tərk etmək istəyir. Futbolxeber.az-ın məlumatına görə, bu haqda afrikalı futbolçunun meneceri Dmitri Selyuk açıqlama verib: “Yaya çox məyusdur və klubdan getmək barədə düşünür. Bunun bir çox səbəbi var. “Siti” Tureyə qarşı hörmətsiz davranıb ki, bu da onu məyus edib. Onlar başa düşmürlər ki, münasibətləri pulla almaq qeyri-mümkündür. Söhbət puldan və ya yeni müqavilədən getmir. Əsas olan hörmətdir. İndi müştərim bütün fikrini dünya çempionatına yönəldib. Mundialdan sonra hər şeyə aydınlıq gələcək”.

Qeyd edək ki, qeyri-rəsmi informasiyaya görə Yaya Tureni özündən çıxaran səbəb klubdan heç kimin ad günündə onu təbrik etməməsidir. Mayın 13-də futbolçunun 31 yaşı tamam olub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30