24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Xarici futbol

Yıldırım Demirörən Soma faciəsindən, Superkubokdan və yeni mövsümdən danışdı

Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirörən maraqlı açıqlamalar verib. Futbolxeber.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Demirörən “Fənərbaxça” və”Qalatasaray” arasında oynanılacaq Superkubok matçının Manisada baş tutacağını bildirib. Görüş ya avqustun 15-də, ya da 16-da keçiriləcək. TFF başqanı həmçinin 2014/15 mövsümündə Türkiyə Kubokunun final matçının Bursada keçiriləcəyini qeyd edib: “Somada yaşanan faciədə vəfat edənlərə Allahdan rəhmət diləyirik. Keçmiş olsun. Yaraların sağalması üçün bəzi qərarlar qəbul etdik. Öncəliklə Superkubok matçı Manisada oynanılacaq və bütün gəlirlər Somada şəhid olanların ailəsinə veriləcək. Bundan başqa həmin ailələrə biz də 5 milyon TL bağışlayacağıq. Fatih Terim, milli komandamız və idarə heyəti olaraq bizlərdə Somaya gedəcəyik. Hakimlər Komitəsi də həftə sonu oynanılacaq matçlardan əldə olunan gəliri şəhid ailələrinə bağışlayacaq”.

Növbəti mövsümlə bağlı federasiya başqanı bunları söyləyib: “2014-2015 mövsümündə Superliqa avqustun 29-da start götürüb, mayın 31-də bitəcək. Kubokun finalı 15 və ya 16 may tarixdə Bursada keçiriləcək. “Fənərbaxça”nın Superkubokda azarkeşsiz qalmağından söhbət gedə bilməz. Çünki “Fənərbaxça”ya verilən cəza Superliqa və ölkə kuboku ilə bağlıdır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30