25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Xarici futbol

Droqba “Qalatasaray”la bağlı yekun qərarını açıqladı

Didye Droqbanın “Qalatasaray”dakı taleyi bəlli olub. Futbolxeber.az-ın məlumatına görə, afrikalı futbolçu İstanbul klubunu tərk edir. Droqba bu barədə açıqlamasında deyib: “Ötən il çempion olduq və Çempionlar Liqasında 1/4 finala yüksəldik. Bu mövsüm “Real” və “Yuventus”un yer aldığı qrupdan çıxdıq. Kuboku qazandıq, amma çempionluğu itirdik. Yenə də mövsümü ikinci pillədə başa vurmağa yaxınıq. İstanbulda keçirdiyim 1,5 ilin pis olduğunu düşünmürəm. Amm artıq sona gəldik. İndi ailəmin yanında olmalıyam. Hazırda Qətərdə müalicə alıram. Həftə sonu İstanbulda olacağam. Stadiona gəlib, azarkeşlərlə vidalaşacağam. Həyatımda “Qalatasaray” fanatı kimi sevimli klubuna bağlı olan azarkeş görmədim. “Arena”nı cəhənnəmə çevirmələrini heç vaxt unutmayacağam”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30