25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Xarici futbol

Fransada 2013/14 mövsümün ən yaxşıları bəlli oldu

Fransa çempionatında mövsümün ən yaxşıları müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, PSJ-nin üzvü Marko Verratti mövsümün ən yaxşı gənc futbolçusunu adını qazanıb. Onun komanda yoldaşı və həmyerlisi Salvatore Siriqu isə çempionatın ən yaxşı qapıçısı seçilib. “Lion”u çalışdıran Remi Qard mövsümün ən yaxşı məşqçisi adına sahib çıxıb. 2013/14 mövsümündə Liqa 1-in simvolik komandası isə aşadığaki kimidir: Siriqu, Orye, Tiaqo Silva, Perren, Kurzava, Verratti, Tiaqo Motta, Lakasett, Xames Rodriqes, Kavani, İbrahimoviç.

İlin ən yaxşısı oyunçusu isə PSJ-nin üzvü Zlatan İbrahimoviç seçilib. İsveçli forvard ardıcıl ikinci mövsümdür ki, bu ada layiq görülüb. İbra bundan başqa, mövsümün bombardiri olmağa da çox yaxındır. Son tur öncəsi İbranın aktivində 25 qol var. O, ən yaxın izləyicilərini 9 top qabaqlayır. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30