25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Xarici futbol

Yuri Syomin: “Namizədliyimin bu cür klubda müzakirə olunması xoşdur”

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Moskva “Spartak”ının maraq dairəsində olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Futbolxeber.az-ın məlumatına görə, 66 yaşlı mütəxəssis “Sport-Ekspress”ə verdiyi açıqlamada “Spartak”ı çalışdırması ilə bağlı konkret bir söz deməyib: “Namizədliyimin bu cür klubda müzakirə olunması xoşdur. “Spartak” xeyli sadiq azarkeşə malik və böyük vəzifələrin öhdəsindən gəlməyə qadir olan bir klubdur”.

Xatırladaq ki, daha əvvəl “Spartak”ın “Fulhem”in çalışdırcısı Feliks Maqat və ABŞ yığmasının baş məşqçisi Yurgen Klinasmanla danışıqlar apardığı barədə xəbərlər yayılmışdı. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30