28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Mustafa Dənizli: “Bu, çempionluq oyunu deyildi”

“Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Türkiyə Superliqasının 28-cu turu çərçivəsundə "Qalatasaray" - "Fənərbaxça" (1:0) görüşü haqda danışıb. Futbolxeber.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Dənizli bu dəfəki derbinin çempionluq oyunu olmadığını qeyd edib: "Oyundan əvvəl gərginliyin psixoloji səbəblərdən olacağını zənn edirdim. Amma oyunu izləyən vaxt gördüm ki, bu gərginlik mikrob kimi bütün futbolçulara bulaşıb. Derbi tarixində hər iki komandanın oyunçularının bu qədər nəzarətsiz oynadığı matçlar az olub. "Fənərbaxça" ilə "Qalatasaray" arasında xal fərqi çox olduğu üçün bu, çempionluq oyunu deyildi. Əgər elə olsaydı, qarşılaşma daha da gərgin keçərdi. Əmrə Bəlözoğlu qırmızı vərəqə ilə cəzalandırılaraq "Fənərbaxça"nı azlıqda qoysa da, matçda heç nə dəyişmədi. Bunun iki səbəbi var. Birincisi, "Qalatasaray" yenə də iki hücumçu ilə oynamağa davam etdi.  İkincisi, bu qırmızı vərəqə "Fənərbaxça"nın sanki lehinə oldu. Fiziki cəhətdən daha güclü olan meydan sahiblərinin oyunçuları -Topal və Meyreleş Melo və Səlçukdan daha yaxşı oyun nümayiş etdirdi. Emenike isə üç futbolçuya qarşı çıxış etdi".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31