25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

Dünya reytinqi: “Bavariya”, “Real” və “Barselona”...

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının növbəti reytinq cədvəlini açıqlayıb. Futbolxeber.az-ın məlumatına görə, sıralamaya əvvəlki kimi “Bavariya” başçılıq edir. Münhen klubunun ən yaxın izləyicisi - Madrid “Real”ının da mövqeyi dəyişilməz olaraq qalıb. Ötən ayla müqayisədə 2 pillə irəliləyən “Barselona” ilk “üçlüy”ü qapayır.

1 pillə geriləyən “Çelsi” sıralamada dördüncü, “Atletiko” isə beşincidir. İlk “onluq”da həmçinin “Atletiko Mineyro” (Braziliya), “Bazel” (İsveçrə), “İndependiente” (Kolumbiya), “Fiorentina” (İtaliya) və “Borussiya” (Dortmund, Almaniya) qərarlaşıblar.

Avropanın aparıcı klublarından “Tottenhem” 11-ci, PSJ 12-ci, “Arsenal” 13-cü, “Napoli” 15-ci, “Yuventus” 17-ci, “Mançester Siti” 18-ci, “Latsio” 30-cu, “Milan” 40-cı, “Mançester Yunayted” 46-cı, “Roma” 65-ci, “Liverpul” 139-cu, “Monako” isə 192-cidir.  

Millimizin üzvü Ruslan Abışovun çıxış etdiyi “Rubin”, ötən ayla müqayisədə 6 pillə geriləyib. Kazan klubu hazırda sıralamada 16-cıdır.

Türkiyə klublarından ən yaxşı nəticə “Trabzonspor”a məxsusdur. “Bordo-mavililər” 31-ci pillədə qərarlaşıb. “Qalatasaray” 56-cı, “Fənərbaxça” isə 59-cudur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30