29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Lempard: “Qalatasaray”ın bu cür atmosferdə yenilgidən qaçması normal haldır”

“Çelsi”nin yarımmüdafiəçisi Frenk Lempard Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində “Qalatasaray”a qarşı keçirdikləri oyun barədə danışıb. Futbolxeber.az-ın məlumatına görə, Lempard çıxışı zamanı “Türk Telekom Arena”dakı atmosferdən də söz açıb: “Nəticənin əla olduğunu deyə bilmərəm. Amma nəzərə almaq lazımdır ki, rəqib çox güclüdür. İlk yarıda biz əla təsir bağışladıq. Oyuna nəzarət bizim tərəfimizdə idi. Bu səbəbdən də fasiləyə yollanarkən cəmi 1 topla öndə olmağımız bizi məyus etdi. “Qalatasaray”ın fərqlənmək üçün elə də şansı olmadı. Biz isə əks-hücumlara ən azı 4-5 qol vura bilərdik. Lakin həmin şanslardan yararlana bilmədik. Onu da deyim ki, belə bir stadionda hesabda geridə olarkən rəqibin yenilgidən qaçması normal haldır. Stadionda inanılmaz atmosfer var idi. Azarkeşlərin çılğınlığını biz artıq isinmə hərəkətləri etmək üçün meydana daxil olduğumuz anda hiss etdik. Yerli azarkeşlər sevimli komandalarına fantastik dəstək verirdilər”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31