19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Basketbol

Prosineçki: "Əgər Almaniyaya uduzmasaq..."

“Almaniya həmişə favoritdir. Biz isə ancaq bacardığımızın ən yaxşısını göstərməyə cəhd edə bilərik”.

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki Almaniya mətbuatına açıqlamasında deyib.

Xorvatiyalı mütəxəssis DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə Bakıda keçiriləcək oyun haqda fikirlərini bildirib.

“İstərdik ki, almanlarla matçdan sonra onlar oyunun asan alınmadığını söyləsin. Bu görüş Azərbaycan üçün əsl tamaşa olacaq. Əgər Almaniyaya uduzmasaq, bu, ölkədə partlayışa səbəb olacaq. Əksər azarkeşlər düşünür ki, artıq biz Rusiyada keçiriləcək final mərhələsindəyik. Amma bu haqda danışmaq tezdir”.

Xatırladaq ki, martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya matçı saat 20:00-da başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30