23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Basketbol

Rüstəm Əfsərli: “Karambö, Desayi, Qullit, Şmeyxeldən razılıq almışıq”

SABAHDAN ETİBARƏN “PARİS GÜNDƏLİYİ” BAŞLAYIR

“Paris fan zonasının yaxınlığında Eyfel qülləsinin qarşısında studiyamız var. Sabahdan etibarən gündə 3 dəfə canlı yayıma çıxırıq”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri “CBC-Sport”un şərhçilər qrupunun rəhbəri, hazırda AVRO-2016 ilə bağlı Parisdə olan Rüstəm Əfsərli deyib.

Əfsərli sabahdan etibarən start götürəcək qitə birinciliyi ilə bağlı “CBC-Sport”da yayımlanacaq “Paris gündəliyi” proqramı hada bunları söyləyib: “Avropa çempionatının ən maraqlı hadisələrindən və səhnə arxasında qalan məsələlərdən danışacağıq. Həmçinin, burada olan müxbirimizin komandaların düşərgələrinə yollanması planlaşdırılır. Məsələn, Rusiya, Türkiyə və Portuqaliya kimi millilərin. (Rusiya və Portuqaliya Parisdə düşərgə qurub, Türkiyə isə bir oyuna gələcək). Həmçinin, keçmiş futbolçular, əfsanələr, Avropa çempionatının qonaqlarını studiyamıza dəvət edəcəyik. Bir neçəsi razılıq verib. Hamının adını açıqlamaq olmur, amma Kristian Karambö, Marsel Desayi, Ruud Qullit, Peter Şmeyxel və b. gözlənilir. Əlbəttə, çalışacağıq ki, digər insanlarla da söhbətləşək. Bundan əlavə, burada Parisdə çalışan türkiyəli, rusiyalı, avropalı jurnalistlərlə də əlaqə qurmuşuq. Amma Doktor Ziya ilə ikimiz hər gün canlı yayımdayıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30