24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Basketbol

AVRO-2016: “Çempionluğumuzu bəxtlə əlaqələndirməzdim”

“Finalda hər iki komanda gözəl oyun nümayiş etdirdi. Sonda qalib gəldik. Yaxşı oyun nümayiş etdirdiyimizi düşünürəm”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Portuqaliyanın U-17 millisinin baş məşqçisi Elio Souza deyib.

Bakıda keçirilən Avropa çempionatının finalında ispanlar penaltilər seriyasında (5:4) hesabı ilə üstələyən Portuqaliya yığması çempion olub.

Souza qeyd edib ki, finalda məğlub osaydılar belə, nəticə ədalətli hesab olunacaqdı: “Finalda ispanlar çempion olsaydılar, bunu haqsızlıq kimi qəbul etməyəcəkdim. İspaniya güclü komandadır. Qalib gəldiyimizə görə şadıq.

İki il öncə Yeni Zelandiyada, ondan öncə Kolumbiyada keçirilən çempionatlarda mənim çalışdırdığım U-17 və U-19 komandaları finalda uduzmuşdu. Bu dəfə isə qalib gəldik. Bizim federasiyanın strukturu var. U-15-dən tutmuş, U-20 komandasına kimi eyni strukturla işləyirik”.

Portuqaliya yığmasının çalışdırıcısı əvvəldən çempionluğu hədəfədiklərini qeyd edib: “Biz hər zaman oyunçuların qarşısında çempionluğu məqsəd qoyuruq. Burda fərqli mühitdə oynadıq. Biz bir komanda kimi bütün turnirlərdə qalib gəlmək istəyirik. Çempionatın ən məhsuldar komandasıyıq. Turnirdə yalnız bir qol buraxdıq. Braziliya ilə oyunda penaltilərlə məğlub olmuşduq. Burda qalib gəlməyimizi bəxtlə əlaqələndirməzdim. Komanda bu çempionatda əzmkar oyun sərgilədi. Sonda bizim komandanın oyunlarını işıqlandırdığınıza, oyunlarımıza gəldiyinizə görə hamınıza təşəkkür edirəm”.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30