19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Basketbol

AVRO-2016: “Finalda bərabər səviyyəli oyun keçdi”

“Final görüşünə qələbə üçün çıxmışdıq. Sona yaxın matçın taleyinin penaltilərdə həll olunacağı görünürdü. Ona görə də qapıçı dəyişikliyi etdim. Bütün bunara baxmayaraq, məğlub olduq və kuboku qazana bilmədiyimiz üçün məyusam”. Futbolxeber.az saytnn məlumatına görə, bu sözəri İspaniyanın U-17 yığmasının baş məşqçisi Santi Denia deyib.

Bakıda keçirilən Avropa çempionatının finalında oyunsonrası penaltilərlə rəqibə uduzan ispanlar kuboka həsrət qalıblar.

Denia qeyd edib ki, 80 dəqiqə ərzində komandası rəqibdən geri qalmayıb: “Portuqaliyanı analiz etmişdik, necə oynadıqlarını bilirdik. Məncə, oyun bərabər səviyyəli keçdi. Əvvəlki matçlarda etdiyim dəyişikliklər sayəsində qələbə qazanmışdıq. Ancaq bu dəfə əvəzetmələr fayda vermədi”.

Gənc məşqçi futbolçularının gələcəkdə dünya səviyyəli ulduz olacağına inandığını vurğulayıb: “Futbolçularımın hamısı istedadlıdır. Oyundan sonra futbolçularla danışdım və onlara təşəkkür etdim. Bildirdim ki, gələcəkləri öz əllərindədir. İnkişaf etmək üçün öz üzərlərində çalışmalıdılar”.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30