29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Basketbol

“Finalı Bakı Olimpiya Stadionunda oynasaydıq, daha yaxşı olardı”

“Finala qədər irəliləmək üçün hər iki komanda uzun məsafə qət edib. Maraqlı oyun olacağını düşünürəm”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Elio Souza deyib.

Bu gün Bakıda keçirilən Avropa çempionatının finalından öncə mətbuat konfransı təşkil edilib.

Jurnalistlərin suallarını cavablandıran portuqaliyalı mütəxəssis sabahkı qarşılamanın Bakı Olimpiya Stadionun keçirilməsini istədiyini vurğulayıb: "Finalı Bakı Olimpiya Stadionunda oynasaydıq, daha yaxşı olardı. Ancaq "Bakcell Arena"da oynamaqda da heç bir problem görmürəm. İnanıram ki, azarkeşlər bu oyundan zövq alacaqlar. Həm də biz bu stadionda ilk dəfə meydana çıxacağıq”.

Souza ispan futbolunun Avropadakı hegemonluğundan da danışıb: "Hazırda İspaniya futbolu Avropada hegemonluq edir. Ancaq qeyd etmək istərdim ki, 8 dəfə İspaniya, 5 dəfə Portuqaliya 17 yaşlıların arasında Avropa çempionu olub. Biz də onlardan geri qalmırıq, oyunçularımız yetişir. İspaniya futbolunun hegemonluğu bizi qorxutmur və komandama güvənirəm. Hər il son “18-liy”i müəyyənləşdirməkdə çətinlik çəkirik. İlk olaraq çox futbolçu olur, amma sonluqda çətinliklər yaranır. Bütün oyunlarda öz oyun fəlsəfəmizə sadiq qalmışıq, sabah da belə olacaq. Amma rəqibin bizə qarşı necə oynamasından çox şey asılıdır. Rəqib hücum futbolu üçün imkan yaratsa, belə olacaq. Yaratmasa, onda başqa cür oynamaq lazımdır".

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31