29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Basketbol

Mətin Gülər: “Türkiyəyə başıaşağı qayıtmadım”

“Şotlandiya ilə oyunda çox yaxşı çıxış etdik. Əvvəldən sonra kimi üstün oynadıq. Qol şanslarımız rəqiblə müqayisədə daha çox oldu. Qələbə bizim haqqımız idi”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri 17 yaşadək futbolçulardan ibarət milli komandamızın aparıcı üzvü Mətin Gülər deyib.

Gənc futbolçu qeyd edib ki, Bakıda keçirilən Avropa çempionatının son turunda Şotlandiyaya qarşı baş tutan matçda əvvəldən sonra kimi qələbəyə inanıblar: “Matçdan öncə komanda olaraq bir-birimizə güvənirdik. Bilirdik ki, qalib gələcəyik. Oyunun gedişində xeyli qol şansını boşa verdik. Amma sonda Fərid çox gözəl qol vurdu”.

“Beşiktaş”ın yarımmüdafiəçisi qeyd edib ki, yığmamız 1/4 finala adlamaq şansını Belçika ilə matçda itirib: “Belçika ilə görüşdə penaltilərimiz verilmədi. Halbuki düzgün hakimlik olsaydı, nəticə başqa cür olardı. Belçika ilə oyunda qələbə qazanmamaqla növbəti mərhələ şansını itirdik. Halbuki həmin oyun bizim üstünlüyümüz şəraitində keçdi. Heç nədən qol buraxdıq. Çempionatı 4 xalla başa vurduq. Bu, heç də pis nəticə deyil”.

Sonda Mətin Gülər Türkiyəyə başıaşağı dönmədiyini vurğulayıb: “Avropa çempionatındakı çıxışımızdan razıyam. Türkiyəyə başıaşağı dönmədim. Açılış matçında böyükhesabla uduzsaq da, nəzərə almaq lazımdır ki, Portuqaliya güclüdür. Həmin matçda baş verənlər təsadüf idi. Erkən qol bütün planlrımızı pozdu. Sonrakı 2 oyunda gücümüzü göstərdik. Azərbaycanı layiqli şəkildə təmsil etdiyimiz düşünürəm”.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31